"İnflyasiya tempi azalıb" - Baş nazir
"Milli Məclisin sədri Sahibə xanıma və digər üzvlərinə hökümət adından təşəkkürümü ifadə edirəm ki, büdcə müzakirələrində belə fəal iştirak edirlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
“Ötən il büdcə müzakirəsi zamanı qaldırılan bir çox məsələ bu il həllini tapıb. 20 il ərzində bütün sahələrdə sürətli inkişafa nail olunması, müasir ordumuzun yaradılması ölkəmizin beynəlxalq arenada möqvelərinin möhkəmlənməsi deməkdir. 2024-cü ilin dövlət büdcəsi hazırlanarkən aktual problemlər nəzərə alınıb. İnflyasiya tempi azalıb. Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilmişdir”,- deyə Baş nazir bildirib.
Humay İSGƏNDƏRLİ