"Özü 11 dəqiqə çıxış edir, sonra deyir çıxışa ehtiyac yoxdur" - Qüdrət Həsənquliyevdən həmkarına İRAD
"Siyavuş müəllimi başa düşmürəm, özü 11 dəqiqə çıxış edir, sonra deyir çıxışa ehtiyac yoxdur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ağdərə rayonunun yaradılması ilə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Azərbaycanda yerli dövlət hakimiyyətinin yaradılmasında vətəndaşlar iştirak etmir:
"Xalqımız dövlət islahatının aparılmasını zəruri hesab edir. İqtisadi rayonların bazasında 15 yeni region yaradılsın, məclis yaradılsın. Xalq bu məclisin üzvlərini seçsin. Milli Məclisin adının dəyişdirilməsinə də ehtiyac var, Ali Məclis adlandırılmalıdır”,- deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ