"Ağdərəni səriştəsizlikdən ləğv etmişdilər"

 12:57 05.12.2023     238

“Ağdərə “Dağlıq Qarabağ”ın 5-də 2 hissəsini təşkil edirdi”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ağdərə rayonunun yaradılması ilə bağlı çıxış edən deputat Aqil Abbas söyləyib.

Deputat deyib ki, Ağdərəni səriştəsizlikdən ləğv etmişdilər:

“Niyə ləğv etmişdilər? Orasını bilmirəm. Ağdərədə 15 mindən çox azərbaycanlı yaşayırdı. Siyavuş müəllim, bayaq çıxışınızda dediniz ki,  Ağdərə kiçik dərədir, amma Ağdərə kiçik dərə deyil. Ağdərəlilərin başı çox bəla çəkib. Həddindən artıq sevinirəm ki, Ağdərə yenidən bərpa olunur”.

Humay İSGƏNDƏRLİ