"Başqa şeylərdə pensiya yaşında gender bərabərliyini gözləmirik, amma..."

 13:38 05.12.2023     337

"Hərbçilərlə bağlı son illərdə cəmiyyətdə xoş bir münasibət var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O əlavə edib ki, xoş münasibətin olması məhz torpaqlarımızın onlar sayəsində alınmasıdır:

“Hərbi xidmət sahəsində çalışanlar ya ailədən gəlir, ya da ki, başqa sahədə iş tapmır, hərbiyə yönəlir. Yəni, könüllükdən çox məcburiyyətdən yönəlirlər. Başqa şeylərdə pensiya yaşında gender bərabərliyini gözləmirik, amma hərb kimi çətin sahədə istefa yaşını bərabərləşdiririk. Hərbçilərin uşaqlarının dislokasiyaları dəyişdiyi üçün təhsili yarımçıq qalır”.

Humay İSGƏNDƏRLİ