"Əsgərlərim görəcək ki, komandiri balıq təmizləyir, bunu necə edim?"

 14:00 05.12.2023     439

"Dövlət hər bir zabitə kifayət qədər xərc çəkib oxudur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Tutaq ki, biri ali məktəbə girdi, 21 yaşda bitirdi. Sonra hərbiyə getdi və daha sonra isə pensiyaya çıxacaq. 43 yaşlı hərbçi mənə müraciət edib ki, pensiyadan sonra işləmək istəyir, ona deyirlər ki, bazarda balıq təmizləmə işini gör. Zabit bildirir ki, bunu necə edim? Əsgərlərim görəcək ki, komandiri balıq təmizləyir”,- deyə deputat vurğulayıb.

Humay İSGƏNDƏRLİ