"Əhalinin 45 faizinin toplandığı bir şəhərdə qabaqlayıcı tədbirlər görməliyik" - Seysmoloq

 12:17 07.12.2023     366

Xəbər verdiyimiz kimi, bu gün saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ nəticəsində hər hansı dağıntı baş verməyib. 

Qeyd edək ki, iyulun dördündə də Bakıda və Azərbaycanın bir sıra rayonlarında 5.5 bal gücündə zəlzələ baş vermişdi.

Bəs, bundan sonra da ölkə ərazisində zəlzələlər baş verə bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq, seysmoloq Ənvər Əliyev dedi ki, bu adi silkələnmə idi:

"Heç çox adam hiss etməyib. Bakıda güclü zəlzələlərin olacağına inanmıram. Faktla danışsaq, tarixdə Bakıda güclü zəlzələ olmayıb. Buna baxmayaraq respublika əhalisinin 45 faizinin toplandığı bir şəhərdə qabaqlayıcı tədbirlər görməliyik. Şəhərə çıxış yolları normal olmalıdır ki, əhali çıxa bilsin. Müvafiq şəkildə hazır olmalıyıq. Zəlzələdən heç bir sığortamız yoxdur. Çünki yerləşdiyimiz ərazi seysmik ərazidir. Yəni bundan sonra zəlzələlər ola bilər, amma onun konkret vaxtını demək mümkün deyil".

Humay İSGƏNDƏRLİ