"Burada nə isə şübhəli məqam axtarmaq düşmənçilikdir"

 11:51 08.12.2023     419

Konstitusiyamızın 1 və 2-ci maddələrində göstərilib ki, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov söyləyib.

“İndiyə qədər Prezident seçkilərində Qarabağ və bitişik rayonlar həmişə işğalda olub. Bizim ərazi bütövlüyümüz və suverenliyimiz təsbit olunmayıb. 1995-ci ildə ilk Konstitusiyamız qəbul ediləndə də belə idi. Konstitusiya xalq tərəfindən qəbul olunduğuna görə Prezidentin bütün ərazilərimizdə hakimiyyətinin tam bərqərar olması üçün xalqın iradəsi lazımdır. Burada nə isə şübhəli başqa məqam axtarmaq düşmənçilikdir”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ