"Təyyarədə normal danışan bələdçi tapmaq çətindir"

 12:39 08.12.2023     247

AZAL bu illər ərzində çox inkişaf edib.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

“Təyyarədə normal danışan bələdçi tapmaq çətindir, Azərbaycan dilində sərbəst danışa bilmirlər. Eybəcər dillə danışmaq olmaz. "Aerodrom" sözü ilə "aeroport" ikisi də eyni şeydir. Türklər aerodroma hava alanı deyir. Təklif edirəm ki, biz də bu cür deyək”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ