Məhərrəm Əliyev bu ölkəyə səfir təyin edildi

 12:02 09.12.2023     269

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncama əsasən Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılır.

Dövlət başçısının digər bir Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.