“Yaşar Əliyev xalqımızın yaddaşında böyük ziyalı, bacarıqlı diplomat kimi qalacaq”

 12:14 09.12.2023     384

“Dünən haqq dünyasına qovuşan mərhum Yaşar Əliyev xalqımızın yaddaşında böyük ziyalı, bacarıqlı diplomat kimi qalacaq”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. O, qeyd edib ki, Yaşar Əliyev hər zaman Azərbaycanın dövlət maraqlarını uğurla müdafiə edib, daim öz peşəkarlığı ilə diqqət çəkib:

“Yaşar Əliyev harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər zaman dövlətimizin maraqlarının, milli mənafeyimizin keşiyində dayanıb, bu maraqları qətiyyətlə müdafiə edib. O, parlamentdə fəaliyyət göstərdiyi dönəmdə də, Çində diplomat kimi çalışdığı vaxtlarda da bütün məsələlərə dövlətçilik maraqlarımız konteksində yanaşıb. O, hər zaman Azərbaycanın uğurlarına töhfə verib, öz bilik və səriştəsi, təcrübə və peşəkarlığı ilə milli maraqlarımızı əzmlə müdafiə edib.

Yaşar Əliyevin vəfatını xalqımızın itkisi kimi qiymətləndirir, ona Allahdan rəhmət diləyir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.