Şəhid qızı xəstəxanada qızılcaya yoluxub

 14:23 09.12.2023     254

Aprel şəhidi Rahim Tağıyevin övladı Ülkər Tağızadə iki həftə əvvəl hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük problem bundan sonra başlayıb.

Redaktor.az xəbər verir ki, bunu şəhid övladının vəziyyəti barədə danışan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib.

“Ülkər Tağızadə hepatit A xəstəliyindən sağalsa da,e evə qızılca xəstəliyi ilə birgə gedibmiş. Deməli bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərinə klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ki, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik. Şəhid xanımı nə etməli? Bu necə səhiyyə sistemidir? Bu millətin qəsdinə durmusuz?”, - deyən S.Orucova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə səslənib:

“Sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil”. (modern.az)