Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

 15:01 09.12.2023     423

Sabah Bakıda güclü külək əsəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Qeyd edilib ki, dekabrın 10-u gündüzdən ayın 11-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.