Meqa Sığorta daha bir tenderin qalibi oldu

 14:38 12.12.2023     267

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması tenderinin nəticələrini elan edib.

Dövlət satınalmalarının vahid internet portalına əsasən sorğunun qalibi "Meqa Sığorta" ASC-dir.

Könüllü tibbi sığorta xidməti çərçivəsində Dövlət İmtahan Mərkəzində çalışan 680 nəfər əməkdaşın hər biri 15 000 manat məbləğində sığortalanacaq.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.