Onkoloji xəstəliklər icbari sığortaya daxil ediləcək? - Rəsmi AÇIQLAMA
"Süd vəzi xərçəngi və leykoz onkoloji xəstəliklərin növləridir".
Redaktor.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, bu xəstəliklərin də İcbari Tibbi Sığortaya daxil olması istiqamətində müzakirələr gedir.
"Gələn ilin əvvəlində bu barədə ictimaiyyətə məlumat çatdıracağıq", - Zaur Əliyev vurğulayıb (modern.az).