Aksiyaya qatılan 40-a yaxın vətəndaşın problemi 4 nəfər tərəfindən ünvanlandı
Yardımlı rayonunun Nisəqala kəndində təşkil olunan "Səyyar qəbul otağı"na 40-a yaxın vətəndaş təşrif buyursa da, cəmi 4 nəfər mikrofon önünə çıxıb.
Redaktor.az xəbər verir ki, ünvanlanan 4 müraciətin 3-ü Nisəqala 1-i isə qonşu Dəryavar kənd sakinlərinin probleminə aid olub. Daha dəqiq desək, hər iki kəndin sakinləri Nisəqala ilə Dəryavarın təbii qazla təmin edilməsini xahiş edib.
Lənkərən RQİİ-nin rəhbər şəxsləri məsələ ilə bağlı qeydiyyatlarını aparıblar.