11 ayda "Azəriqaz"a müraciət edənlərin sayı AÇIQLANDI
“2023-cü ilin 11 ayı ərzində “Azəriqaz” İB-nin sosial şəbəkə ünvanlarına daxil olan müraciətlərin sayı feysbuk üzərindən 23380, instaqram üzərindən 1285, teleqram üzərindən isə 13-dür”.
Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, ümumi müraciətlərin sayı isə 24678-dir.
Həmidə İBRAHİMLİ