"Azəriqaz"a edilən şikayətlərin sayı azalıb

 11:40 15.12.2023     639

“2023-cü ilin 11 ayı ərzində Şikayətlərin araşdırılması şöbəsinə 11074 müraciət daxil olub”.

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 912 müraciət azdır.

"2023-cü ilin 11 ayı ərzində Qəza çağrı xidməti şöbəsinə isə 857692 müraciət daxil olub.

Bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 75229 müraciət azdır", - deyə qurum rəsmisi qeyd edib.

Həmidə İBRAHİMLİ