MSK jurnalistlərə xüsusi mükafat verəcək

 17:28 16.12.2023     351

Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlərə xüsusi mükafat verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən