Elnarə Dərziyeva gənc sahibkarlarla görüşdə öz uğur hekayəsindən danışdı - VİDEO

 17:12 08.06.2022     317

Ölkəmizdə günbəgün müxtəlif sahələrdə inkişaf edən qadınlarımızın sayı artır. Onlar Azərbaycan xanımı kimi dünyada brend olaraq tanınmaq istəyirlər. Dövlətimiz hər zaman bu sahələrə diqqət və qayğısını göstərir.

Redaktor.az xəbər verir ki, Əməkdar jurnalist, “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin təsisçisi Elnarə Dərziyeva öz çıxışında 25 illik jurnalistika fəaliyyəti dövründə əldə etdiyi uğurlardan danışıb.

“Tez-tez keçirilən “Business Branding Network” tədbirlər silsiləsi gənc sahibkar xanımlarımızın əməkdaşlığını genişləndirməklə yanaşı onları, bütövlükdə cəmiyyətimizi maarifləndirir. Hər bir gənc öz biznesini 25 yaşından sonra qurmağa çalışmalıdır. İnamla, istəklə, inadla planlı şəkildə həyata keçirilən hər bir iş sonda uğurla nəticələnir. Mən də uğura belə nail oldum”, - deyə E.Dərziyeva bildirib.