Prezident oyundan əvvəl çıxış edəcək

Məlum olduğu kimi, bu gün Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçiriləcək.
Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edəcək. Çıxışa bir qədər sonra canlı izləmək mümkün olacaq.
Dövlət başçısı daha sonra tarixi oyunu izləyəcək.