Prezident dəmiryol nəqliyyatı ilə bağlı sərəncam İMZALADI

 11:19 25.12.2023     642

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri, spesifikasiyası, nümunəsi və verilməsi qaydası;

- dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası;

- dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısı, onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası;

ADY isə dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanlarının təşkilini və keçirilməsini təmin etməlidir.