MM-də "Qərbi Azərbaycan: Xəritələr, eksponotlar, abidələr, deportasiya" adlı sərgi keçirildi

 11:03 26.12.2023     254

Milli Məclisdə "Qərbi Azərbaycan: Xəritələr, eksponotlar, abidələr, deportasiya" adlı sərgi keçirilib.

Redaktor.az xəbər verir ki, sərgi Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutub və 30-dan çox eksponat nümayiş etdirilib.

Sərgidə Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və icma üzvləri iştirak ediblər.

Sərgidə Qafqaz regionunun Baş xəritəsi (1858-ci il), Qafqaz regionunun ətraflı xəritəsi (1869-cu ), İrəvan Qalasının xəritəsi və açarlar, İrəvan xanlığının bayrağı, İrəvan xalçası, İrəvanda dağıdılmış Azərbaycan abidələri, İrəvan Xan sarayının görüntüsü nümayiş etdirilib. Eyni zamanda Ermənistan SSR-də azərbaycanlı əhalinin ümumi say tərkibində nisbəti (1970-ci ilin məlumatları əsasında) verilib.

Humay İSGƏNDƏRLİ