Bu rayonlar müflis olmaq təhlükəsi qarşısında qalıb - Deputatdan TƏKLİF

 11:17 26.12.2023     345

“Prezidentin sərəncamı ilə gələn ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması çox yaxşıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

O əlavə edib ki, bununla əlaqədar olaraq növbəti illərdə ətraf mühitin qorunması istiqamətində işlər genişlənəcək:

“Təbii fəlakətlərlə müqayisədə quraqlıq daha çox ziyan verdiyindən rayonlar müflis olmaq təhlükəsi qarşısında qalır. Təklif edirəm ki, sel, dolu ilə birlikdə quraqlıq da təbii fəlakətlər siyahısına aid edilsin”.

Humay İSGƏNDƏRLİ