"Bu, qadınlığa edilən hörmətsizlikdir" - Deputatdan ETİRAZ

 11:21 26.12.2023     262

"Bu gün Natəvanın heykəlinin Fransada yandırılması kimin kim olduğunu göstərir. Bu ədəbiyyata, qadınlığa edilən hörmətsizlikdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.

O əlavə edib ki, dekabrın 24-dən cənab Prezident və birinci xanım işğaldan azad olunmuş bölgələrə səfər etdi:

“Bu mədəni irsimizin qurulmasına, yaradılmasına töhfələrdir. Bu gün Milli Məclisin foyesində təqdim olunan Qərbi Azərbaycanla bağlı nümayiş olunan sərgi mədəni irsimizidir”.

Humay İSGƏNDƏRLİ