“Ağdama birinci dəfə girəndə iki dəfə ağlamışdım" - Aqil Abbas

 12:02 26.12.2023     269

“Mən hər kəslə bir sevincimi bölüşmək istəyirəm”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

“Ağdama birinci dəfə girəndə iki dəfə ağlamışdım. Televizorda Xankəndini görəndə elə bilirdim, təzədən tikiblər oranı, əsəbləşirdim. Amma gəzdim gördüm ki, heç nə tikməyiblər. Amma cənab Prezident Xankəndinin stadionunu dünya standartları səviyyəsində təmir etdirdi. O, futbol deyildi, gözəl bir bayram idi. Bunun üçün də çox sevincli idim”,- deyə deputat bildirdib.

Humay İSGƏNDƏRLİ