"Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır" - Deputatdan TƏKLİF

 12:03 26.12.2023     489

Cinayət Məcəlləsində əksini tapan yüngül cinayətlərə görə nəzərdə tutulan maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli təklif edib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 128-ci maddəsində əksini tapan qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır: "Bu həmin insanların ictimai proseslərdən kənarda qalmasına gətirib çıxarır. Həmin insanları cəmiyyətdən kənarlaşdırmaq nəyə lazımdır".

Humay İSGƏNDƏRLİ