AAYDA-da yeni TƏYİNAT

 10:47 27.12.2023     241

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Araz Bəndəliyev vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, şirkətə rəhbərlik Qismət Quliyevə həvalə olunub.

Xatırladaq ki, “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 56 milyon 862 min 702 manatdır.