Avtomobil sahiblərinin nəzərinə! - Baş nazir utilizasiya ilə bağlı yeni qərar İMZALADI

 13:16 27.12.2023     398

Nazirlər Kabineti nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması”, “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” və “Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması” təsdiq olunub.