Yumurtanın qiyməti artacaq? - Deputatdan AÇIQLAMA

 17:45 27.12.2023     980

Bildiyimiz kimi, Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanılıb.

Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Maraqlıdır, Rusiyaya yumurta ixracı yerli bazara necə təsir edəcək? Yumurtanın qiymətində artım müşahidə edəcəyikmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı deputat Aydın Hüseynov dedi ki, bazarda hər şey tələb və təkliflə müəyyənləşir:

"Əgər həmin məhsul üzrə tələb artacaqsa, bu iqtisadiyyatın qanunudur ki, qiymət da artır. Düşünürəm ki, yumurtaya kəskin tələb artmayacaq. Buna görə də yumurtanın qiymətində artımı ehtimal etmirəm".

Humay İSGƏNDƏRLİ