"Heç bir zaman bütün ərazilərimizdə qanunlarımız işləməyib"
Yola saldığımız 2023-cü il misli görünməmiş hadisələrlə yadda qaldı.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
“Heç bir zaman bütün ərazilərimizdə qanunlarımız işləməyib. 19-20 sentyabrda keçirilən lokal antiterror əməliyyatında xalqın bütün arzuları həyata keçirildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü il müstəqilliyimizin ən önəmli ilidir. Sonda bildirmək istəyirəm ki, seçicilərim Yardımlıya ayrılan vəsaitə görə cənab Prezidentə təşəkkür ediblər. Bunu səsləndirməyi özümü borc bildim”.
Humay İSGƏNDƏRLİ