Deputat onların əməkhaqqısının 3-4 min olmasını TƏKLİF ETDİ

 11:24 30.12.2023     465

"Gələn ili sağlam insan naminə də il elan etməliyik". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Narkomaniyaya qarşı mübarizə tam dəyişməliyik. Bunu cəmiyyətdə, söhbətlərdə, boşanmaların sayında rahatlıqla görürük ki, istifadə edənlərin sayı nə qədər çoxdur.  Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında çalışanlarının əməkhaqqı 3-4 min olmalıdır ki, daha yaxşı çalışsınlar, daha məsuliyyətli olsunlar”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ