"Qaz limiti ləğv olunmalıdır" - Milli Məclisdə məsələ qaldırıldı
Qaz limiti ləğv olunmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Qaza 100 manat vurursan avtomatik görürsən ki, 50 manat yüklənir. Bu, artıq camaatın cibinə girməkdir. Siz niyə mənim pulumu oğurlayırsız? Qaz limiti ləğv olunmalıdır”,- deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ