Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım etdi - FOTO

 00:06 31.12.2023     478

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:

Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.

2