Sumqayıtda 2024-cü ilin ilk körpəsi oğlandır

 12:58 01.01.2024     332

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

01.01.2024-cü il tarixində saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 sm, çəkisi 2 kq 400 qr olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Doğuş mama-ginekoloq Arzu Şıxvəlizadə tərəfindən uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.