Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edildi

 14:01 03.01.2024     550

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət "Ekspres" sürət qatarını əlavə reysə cəlb edib.

Bu barədə Redaktor.az ADY-ya istinadən xəbər verir.

Məlumata görə, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Vumart və Güvən reklamı Vumart Güvən