Dövlət Xidməti Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi məsələsinə münasibət bildirdi

 20:01 04.01.2024     351

"Bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək".

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Redaktor.az-a məlumat verilib.

Xatırladaq ki, bu gün Laçın rayonunda 2 hərbi qulluqçumuz yol qəzasında həlak olub.