Bu rayonda 252 nəfər qızılcaya yoluxub

 20:46 04.01.2024     426

Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir.

Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.

Ötən gün rayon üzrə 4 yoluxma hadisəsi qeydə alınıb.