Vilayət Eyvazov bu rayonda qəbul keçirəcək

 10:15 07.01.2024     573

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yanvarın 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytına və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.