"Yeni nəslin soyadlarını milliləşdirməsi yaxşı əlamətdir" - Fazil Mustafa

 16:21 07.01.2024     473

Azərbaycanda soyad sonluqları ilə bağlı müvafiq qərar olsa da, yenə də həm böyüklərin, həm də yeni doğulmuşların soyadlarında "ov", "yev" kimi sonluqları müşahidə edirik. 

Qeyd edək ki, ölkəmizdə milli soyad sonluqları kimi şəkilçisiz, “lı,li, lu, lü”  "soy", "oğlu" və "zadə" sonluğundan istifadə edilə bilər. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bu, çoxdan nəzərdə tutulan bir məsələdir.

"Bizləri də buna əməl edib. Ona görə də buna açığı mən hesab edirəm ki, tədricən çoxları keçməli idi. Amma niyəsə bu proses dayandı. Lakin yeni gələn nəslin müəyyən dərəcədə bu tendensiyaya əməl etdiyini görürük. Bu da sevindiricidir. İndi çox insanlar var ki, nüfuzlu şəxslər müəyyən adla tanınıblar və bir az bunu dəyişmək problemi var. Amma yeni nəslin soyad sonluqlarını dəyişməsi yaxşı əlamətdir və yəqin ki, bu, get-gedə ənənəyə çevriləcək", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ