Paytaxtda yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur

 21:48 07.01.2024     352

Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur.

Redaktor.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb

Qeyd edilib ki, bir qayda olaraq, layihə ərazisinin 10%-i açıq təbii və yaşıllıq ərazilər kimi nəzərdə tutulmalıdır. Yaşayış zonaları daxilindəki ictimai parklar və meşə-parklardan başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik təbii landşaft əraziləri də daxildir.

Hal-hazırda ictimai parklar (oyun meydançaları, idman, istirahət sahələri), meşə-parklar və yenidən əkilmiş ağaclıq əraziləri, qəbiristanlıqlar, turizm sahələri (ictimai çimərliklər) və mühafizə olunan təbiət əraziləri daxil olmaqla təbii və açıq yaşıllıq ərazilər təqribən 11 830 ha ərazini əhatə edir və bu ümumi layihə ərazisinin 5,56%-ni təşkil edir.

Baş plan çərçivəsində təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur.