İlin ilk “Açıq mikrofon” aksiyası Qax rayonunda keçirildi - FOTO
![](https://img.redaktor.az/news/2024/01/photo_227952.jpg?v=MDM6NDMyMDI0LTAxLTA4IDE1OjAwOjEy)
SOCAR-ın “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Qax rayonu olub.
Redaktor.az xəbər verir ki, ilin ilk aksiyasında cəmi 3 nəfər mikrofon önünə çıxsa da, ünvanlanan müraciətlərdən biri bir kəndin sakinləri adından səsləndirilib. Qum kəndinin qazlaşdırılmasını xahiş edən sakin isə Vüsal Nurməmmədov olub.
Digər 2 sakin isə nasaz qaz sayğaclarının yenisi ilə əvəzlənməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri müraciətlər barədə qeydiyyat apardıqdan sonra müvafiq göstərişlər veriblər.
![2](https://img.redaktor.az/gallery/2024/01/227952_659bd5bc9dce0.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/01/227952_659bd5bc9dd8a.jpg)