"Bu mələk balalarımızın ruhları bizləri bağışlasın" - Deputat

 12:53 09.01.2024     322

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində yanğın baş verib. 

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Redaktor.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa özünün feysbuk hesabında baş vermiş hadisə ilə bağlı post yazıb.

"Çox acı bir xəbər. Respublika Perinatal Mərkəzdə baş vermiş dəhşətli yanğında 4 körpə həyatını itirib. Valideynlərini və əzizlərini hansısa təsəlli ilə ovutmaq da çətin… Allah səbrlərini azaltmasın. Bu məsələ ciddi araşdırılmalı, səhlənkarlığa yol vermiş şəxslər barədə hüquqi tədbirlər görülməlidir. Bu mələk balalarımızın ruhları bizləri bağışlasın", - deyə millət vəkili qeyd edib.

T.İSMAYIL