"Gələcəyimiz olan körpələri hər yerdə qorumağı bacarmalıyıq" - Zahid Oruc

 14:13 09.01.2024     283

"Respublika Perinatal Mərkəzində baş verən hadisənin hüquqi qiyməti əlbəttə, veriləcəkdir".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc bildirib.

"Gələcəyimiz olan körpələri, dünyamızın sevgi mənbəyi olan bu zərif varlıqları hər yerdə qorumağı bacarmalıyıq.

Üzücü hadisədir: inanırıq ki, bizim tibb tariximizdə bir daha belə kədərli hadisə təkrarlanmayacaq", - deyə Z.Oruc qeyd edib.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində yanğın baş verib. 

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

T.İSMAYIL