Zahid Orucun övladı dünyaca yüksək reytinqli universitetin məzunudur - VİDEO

 10:35 10.01.2024     274

“Ailə kiçik dövlət, dövlət böyük ailədir” şüarı hər bir millətin mənəvi, fiziki və siyasi varlğının əsasını təşkil edir. İdeologiyasından asılı olmayaraq, hər bir dövlətin qoruyub saxlamağa çalışdığı dəyərlər sırasında min illərdən gələn doğmalıq, ocaq, böyüyə hörmət, övladlara sevgi və gələcək nəsillərin tərbiyəsi ön yerdə durur.

Zahid Orucun tərcümeyi-halında qırmızı xətlə keçən məktəb və universitet birinciliyi övladı tərəfindən də uğurla davam etdirilir. Eltac Orucova Avropa reytinq cədvəlində 3-cü yeri bölüşən University College Londonun “Dayanıqlı resurslar: iqtisadiyyatı, siyasəti və keçid periodları” fakültəsinin magistraturasını 2022-ci ildə uğurla bitirərək, eyni ixtisas üzrə çalışmaqla ölkəmizin gələcəyində aparıcı yer tutan alternativ enerji sektoru üçün potensial gənclərimizin sırasına qoşulub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası prezidentliyinə namizəd Zahid Oruc öz "Facebook" hesabında paylaşım edib.

Azərbaycan dövləti son illər bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinə xüsusi önəm verir, neft-qaz sektorundan asılılığın aradan qaldırılmasına çalışır. Qarşıda ölkəmizi COP29-kimi qlobal tədbir - hadisə gözləyir. Keçmiş sovet məkanında birinci ölkə olmaq, belə dünyəvi tədbirə ev sahibliyi etmək  xalqımızla bərabər, on minlərlə gəncin gələcəyinə yeni perspektivlər açır, beynəlxalq misyaslı şirkət və qurumlarla əlaqələr qurmağa, təcrübə mübadilələrinə və yeni iqtisadi uğurlara fürsət qazandırır. İstedadlı hər bir gəncimiz yalnız valideynlərinə deyil, millətə məxsusdur.