Güclü külək zəifləyəcək, yağıntı davam edəcək

 10:44 10.01.2024     235

Ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək.

Redaktor.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək", - deyə o qeyd edib.