Səbuhi Məmmədlinin vəziyyəti yenidən PİSLƏŞDİ

 11:23 12.01.2024     381

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dializə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar. 

Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib. 

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib. 

TƏBİB-dən bildirilib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dializ xəstəsidir.  Onun hər iki ayağı amputasiya olunub.