SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək 

 20:32 12.01.2024     281

SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Gəncə şəhərində vətəndaş qəbulu keçiriləcək.

Redaktor.az xəbər verir ki, 15 yanvar saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər  Gəncə Regional qaz istismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-94-41) müraciət edə bilərlər.