Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sumqayıtda görüş keçirdi

 16:56 13.01.2024     464

13 dekabr 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib. 

Redaktor.az xəbər verir ki, tədbirdən öncə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb. Polkovnik qeyd edib ki, veteranlar hər zaman Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləyib, dövlət başçısının hər bir çağırışına səs verib:

“Veteranlarımızın 44 günlük Vətən müharibəsində, habelə ondan əvvəlki və sonrakı antiterror tədbirlərində böyük fədakarlıqlar göstərdiyi, öz qəhrəmanlıqları ilə tarix yazdığı heç kimə sirr deyil. Prezident İlham Əliyev bütün çıxışlarında şəhidlərimizin, veteranlarımızın tarixi qələbəmizdəki rolundan ətraflı bəhs edib, onların qəhrəmanlığını bütün dünyaya örnək adlandırıb. Bu, veteranlarımıza, onların vətən qarşısındakı xidmətlərinə verilən ən böyük qiymətdir.

Vətən müharibəsindən sonra yeni reallıqlar meydana çıxıb ki, bu reallıqlar veteranlarımız qarşısında da yeni vəzifələr qoyur. Bu vəzifələrədn biri birliyimizi qorumaq, Müzəffər Ali Baş Komandanın ətrafıdna sıx birləşməkdə davam etmək, bütün anti-milli qüvvələrə qarşı barışmaz mübarizəmizi davam etdirməkdir.

Onu da xatırladım ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 27 dekabr 2023-cü il tarixindəki ümumi yığıncağında bu məsələyə daha geniş tərkibdə toxunmuş, Prezident İlham Əliyevə dəstək bəyanatı ünvanlamışdır. Bəyanatda veteranların Müzəffər Ali baş Komandanın yanında yer aldığı, onun hər bir tapşırığını yerinə yetirməy hazır olduğu qeyd olunmuşdur.

Bildiyiniz kimi, cari ilin 7 fevral tariximizdə ölkəmizdə prezident seçkiləri keçiriləcək. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək, seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinə öz töhfəsini verməyə çalışacaq. Mən bütün veteranları seçki prosesində aktiv olmağa, dövlətimizin, xalqımızın, vətənimizin keşiyində ayıq-sayıq dayanmağa səsləyirəm”.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranlarımızın dövlətimizin ərazi bütövlüyü uğrunda göstərdiyi tarixi şücaətdən bəhs edib. Dövlətimizin şəhid ailələrinə, veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Sovet Şükürov, veteranların hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduğunu, onun hər bir çağırışını dəstəklədiyini bildirib.

Daha sonra müxtəlif katoqoriyadan olan veteranlar çıxış edərək yaxın tarixi keçmişimizin ən mühüm hadisələrinə toxunub, ölkəmizin gələcək inkişafı ilə bağlı arzu və gözləntilərini dilə gətiriblər. Çıxış edən veteranlar ölkəmizin bundan sonra da Müzəfər Ali Baş Komandanın rəhbərliyi altıdna yeni uğur və nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər.

Tədbirin sonunda xatirə şəkli şəkilib.

222