Zəngilanın əksər yerləri ağ örpəyə büründü - FOTO

 22:07 13.01.2024     417

Rayonun Ağalı kəndində qarın yaratdığı mənzərə daha cəlbedicidir.

Redaktor.az xəbər verir ki, Zəngilan rayonunda bu gün saat 18 radələrində qar yağmağa başlayıb. Əvvəlcə narın qar müşahidə edilsə də, qısa müddətdə yağıntı güclənib. Qarın yağması Ağalı kəndində xüsusilə cəlbedici olub. Uzun illərdir yurd həsrəti ilə yaşayan Ağalı sakinləri indi qışın qar sevincini də öz kəndlərində yaşayır.​ Gecələri çil-çıraqlı olan kənd həmçinin ağ örpəyi ilə daha da, gözəlləşib.

Qeyd edək ki, havalar şaxtalı qarlı olmasına baxmayaraq kənddə həyat öz axarı ilə davam edir.​ Ağalı kəndindən son kadrları təqdim edirik. (apa)

22