Təkcə sonuncu suala cavab verə bilmədi — Rekord qırdı

 22:34 13.01.2024     473

“Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib.

Redaktor.az xəbər verir ki, tanınmış göz həkimi (oftalmoloq) Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb.

O, 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb.

Qeyd edək ki, N. Mustafayev veriliş tarixində 15-ci suala qədər gələrək o məbləği qazanan yerganə iştirakçıdır.